"Mançester Siti" "İpsviç"i MƏĞLUB ETDİ
İngiltərə Premyer Liqasının ikinci turunda “Mançester Siti” doğma meydanda “İpsviç Taun” üzərində qələbə qazanıb.
Redaktor.az-ın məlumatına görə, görüş 4:1 hesabı ilə başa çatıb.
Erlinq Holand "şəhərlilər"in heyətində het-trik edib. Digər qolu isə Kevin De Bruyne vurub. Qonaqlarda Semmi Smodiç fərqlənib.
“Mançester Siti” növbəti matçında avqustun 31-də “Vest Hem”lə səfərdə qarşılaşaq, “İpsviç Taun” həmin gün “Fulhem”i qəbul edəcək.