Portuqaliya millisinin hücumçusu İtaliya klubuna KEÇƏCƏK

Portuqaliyanın "Porto" klubunun hücumçusu Fransisko Konseysao İtaliya təmsilçisi "Yuventus"a keçəcək.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, turinlilər Portuqaliya yığmasının 21 yaşlı üzvünü 7 milyon avro qarşılığında icarəyə götürəcək.
Bununla yanaşı İtaliya klubu əlavə 3 milyon avro bonus ödəyəcək. Ancaq müqavilədə satın alma variantı nəzərdə tutulmayıb.
Qeyd edək ki, F.Konseysao “Porto” komandasının heyətində keçirdiyi 93 oyun ərzində 11 qol vurub, 13 məhsuldar ötürmə edib.