"Fənərbaxça" bu təklifi RƏDD ETDİ
"Fənərbaxça" "Atalanta"nın Rodriqo Bekao üçün icarə təklifini rədd edib.
Redaktor.az xəbər verir ki, İtaliya A Seriyasının təmsilçisi "Atalanta" bir müddətdir ki, müdafiəçi axtarır.
Sarı-göy klub italyanlara futbolçunu ancaq transfer haqqı ilə göndərə biləcəklərini bildirib.
Digər tərəfdən, futbolçu ilə "Torino"nun da maraqlandığı iddia edilir.
Sevinc İBRAHİMZADƏ