Toral Bayramov azarkeşlərə səsləndi
"Qarabağ"ın futbolçusu Toral Bayramov Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb) ilə cavab oyunundan əvvəl komandanın azarkeşlərini tribunaları doldurmağa çağırıb.
Redaktor.az xəbər verir ki, 23 yaşlı müdafiəçi klubun rəsmi səhifəsində bilet satışı ilə bağlı paylaşımda rəy yazıb:
"Əziz azarkeşlər, gəlin siz hesabı açın. Biz qələbə topunu vuracağıq!"
Qeyd edək ki, "Qarabağ" ilə "Dinamo" arasındakı cavab matçı avqustun 28-də keçiriləcək və 20:45-də start götürəcək. Xorvatiya klubu ilk görüşdə 3:0 hesablı qələbə qazanıb