Nurməhəmmədov: Elə bil həbsxanadan azad oldum
Ultimate Döyüş Çempionatının (UFC) keçmiş çempionu Həbib Nurməhəmmədov qarışıq döyüş sənəti (MMA) üzrə karyerasından danışıb.
Redaktor.az xəbər verir ki, o bu barədə Sport24-ə müsahibəsində deyib.
Nurməhəmmədov bildirib ki, peşəkar idmançı gündə iki dəfə məşq etməli və fasilələrdə özünü düzgün qidalarla bərpa etməlidir. Ona görə də karyerasından başqa görəcəyi iş yoxdur.
"İdmançının həyatı çox çətindir - qidalanmanıza, yuxunuza, sağalmağınıza, məşqlərinizə diqqət etməlisiniz. Ən yaxşı olmaq üçün hər şeyi mükəmməl etməlisən. Karyeramı bitirəndə isə elə bil həbsxanadan çıxmışam", - o deyib.
Xatırladaq ki, Nurməhəmmədov qarışıq döyüş növləri üzrə 29 döyüşdə 29 qələbə qazanıb, 2021-ci ildə təqaüdə çıxdııb.
Türkan İSGƏNDƏRLİ