"Arsenal" və "Yuventus"un oyunçusu idman karyerasını BAŞA VURDU

 17:36 27.08.2024     258

Futbol qapıçısı Voyçex Şesni idman karyerasını 34 yaşında bitirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Instagram"da məlumat verib.

"Oyunlara sahib olduğum hər şeyimi verdim. Heç bir bəhanə gətirmədən, həyatımın 18 ilinin hər gününü futbola həsr etdim. Bu gün bədənim hələ də çətinliklərə hazır ikən ruhum tamam başqa yerdədir", - oyunçu bildirib.

Qapıçı qeyd edib ki, artıq bütün diqqətini ailəsinə, həyat yoldaşına və iki övladına yönəltmək vaxtıdır.

Voyçex Şesni İngiltərənin "Arsenal" və "Brentford", İtaliyanın "Roma" və "Yuventus" komandalarında çıxış edib. O, Polşa millisi ilə 84 oyun keçirib.

Sevinc İBRAHİMZADƏ