Oyuna saatlar qalmış "Qarabağ"a daha bir ŞAD XƏBƏR

 10:37 28.08.2024     317

“Qarabağ”ın aparıcı yarımmüdafiəçisi Marko Yankoviç bu gün "Dinamo Zaqreb" ilə keçiriləcək vacib oyunda iştirak edə bilər. 

Redaktor.az xəbər verir ki, news24.az-ın məlumatına görə, hazırda həkimlər Monteneqrolu oyunçunun Bakıdakı matçda yaşıl meydana çıxa bilməsi üçün əllərindən gələni edirlər. Futbolçunun zədəsi ilə bağlı müəyyən suallar olsa da, qarşılaşmada iştirak etmək ehtimalları böyükdür. 

Yankoviçin oyuna çıxıb-çıxmayacağı hələ dəqiq deyil, lakin komanda azarkeşləri onun meydana dönəcəyinə böyük ümid bəsləyir. Onun iştirak etməsi "Qarabağ"ın bu önəmli qarşılaşmada qələbə şansını artıracaq. Yankoviçin vəziyyəti ilə bağlı daha ətraflı məlumat isə oyun saatına yaxın bəlli olacaq.

Eyni zamanda "Qarabağ"ın futbolçusu Julio Romao da Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" ilə cavab matçında meydana çıxa biləcək.

Romao mövsümdə 3-cü sarı vərəqəni alsa da, UEFA-nın yeni qaydalarına əsasən Zaqreb klubu ilə cavab matçında cəzalı durumda olmayacaq. Yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir.

Məlumat üçün bildirək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:45-da başlayacaq. Bu komandalar arasında Zaqrbdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.