"Əlimizdən gələni edəcəyik ki, ötən oyundakı nəticəni unutduraq" - Rəşad Sadıqov

 20:51 28.08.2024     220

İlk oyunla bağlı məyusluğumuz var.

Redaktor.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Zirə” - “Omoniya” (Kipr) oyunundan əvvəl baş tutan mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov deyib.

O bildirib ki, ilk matçda 0:6 hesablı məğlubiyyətə baxmayaraq, sabahı cavab görüşünə fərqli ab-havada çıxacaqlar:

“Əlimizdən gələni edəcəyik. Son oyuna qədər ümumi çıxışımızı yaxşı hesab edirəm. Komandamdan sabah əzmkar, aqressiv oyun gözləyirəm. Üç günün içərisində dalbadal məğlub olmuşuq. Düzü, bunu gözləmirdik. Ancaq futbolun da gözəlliyi bundadır ki, gözlənilməzlikləri var.

“Omoniya” ilə ilk oyuna baxanda görürük ki, sanki o biz deyildik. Ancaq deyə bilərəm ki, kollektiv olaraq o oyunları unutmuşuq, önümüzə baxırıq. Hazırda sabahkı oyuna köklənmişik. Əlimizdən gələni edəcəyik ki, ötən oyundakı nəticəni unutduraq”.

Qeyd edək ki, "Dalğa Arena"dan keçiriləcək “Zirə” - “Omoniya” oyunu sabah saat 20:00-da başlayacaq.