Konfrans Liqası: "Zirə" sonuncu matçında qələbə qazanıb - YENİLƏNİB - 4

 21:50 29.08.2024     291

"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.

21:40

Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi qonaqları mərkəzə dəvət edib.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

21:05

Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Redaktor.az-ın məlumatına görə, hələlik matçda hesab açılmayıb.

20:46

Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

Redaktor.az-ın məlumatına görə, tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.

20:00

Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

Redaktor.az-ın məlumatına görə, qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edir.

Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.