Azərbaycan medal sıralamasında 25-ci pillədə qərarlaşdı: Paris-2024

 10:08 30.08.2024     161

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 25-ci pillədə qərarlaşıb.

Redaktor.az xəbər verir ki, hələlik yığmanın hesabında bir bürünc medal var.

Parataekvondoçu Sabir Zeynalov (58 kq) ötən gün fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Siyahıya Çin (4 qızıl, 1 gümüş) başçılıq edir. Böyük Britaniya (2 qızıl, 3 gümüş, 1 bürünc) ikinci, İtaliya (2 qızıl, 2 bürünc, 5 bürünc) üçüncüdür.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.