"Beşiktaş" Kolli ilə yollarını AYIRDI

 11:19 30.08.2024     228

“Beşiktaş” 2023-cü ilin fevralında “Sampdoriya”dan 2,3 milyon avroya aldığı qambiyalı müdafiəçi Omar Kolli ilə müqaviləni qarşılıqlı olaraq ləğv edib.

Redaktor.az xəbər verir ki, 31 yaşlı Kolli Yunanıstanın PAOK komandası ilə müqavilə imzalayıb. 

Təcrübəli futbolçunun bu gün İstanbulu tərk edəcəyi və PAOK ilə 1+1 illik müqavilə imzalayacağı gözlənilir.

Bu yay "Beşiktaş"dan göndərilən 27-ci futbolçu olan Kolli ağ-qara forma ilə 46 rəsmi matçda forma geyinib və 8 dəfə rəqib qapısına yol tapa bilib.

Sevinc İBRAHİMZADƏ