"Avrokubok zonasına düşə bilsək, şad olarıq" - Rasim Ramaldanov
Avrokubok zonasına düşə bilsək, şad olarıq.
Redaktor.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın məşqçisi Rasim Ramaldanov "Sumqayıt"a qarşı Azərbaycan Premyer Liqasının V turun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
O, qarşılaşmanın çətin keçdiyini bildirib:
"Sumqayıtda oynamaq hər zaman xoşdur. Azarkeşlər gözəl ab-hava yaradır. Dinamik və hücumameyilli futbol oynadıq. Futbolçulara təşəkkür edirəm, bu gün sona qədər mübarizə apardılar. Qoldan sonra bir qədər müdafiəyə diqqət yetirdik. "Sumqayıt"a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Millinin rəsmi oyunlarına görə çempionatda yaranacaq fasilə bizim üçün də fürsət olacaq. Çünki düzəldilməsi lazım olan nöqsanlar, çatışmazlıqlar var, onların uzərində işləyəcəyik. Mümkün qədər xal ehtiyatınızı artırmalıyıq. Avrokubok zonasına düşə bilsək, şad olarıq".
Qeyd edək ki, ölkə çempionatının V turunda "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib.