"Valensiya" futbolçusu ilə yollarını AYIRDI

İspaniyanın "Valensiya" klubu futbolçusu ilə yollarını ayırıb.
Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Samu Kastileho komandanı tərk edib.
2022-ci ildən "yarasalar"da çıxış edən 29 yaşlı futbolçu ötən mövsümü icarə əsasında İtaliyanın "Sassuolo" kollektivində keçirib.
O, ötən mövsüm A Seriyasında 19 matçda iştirak edib.