Yay Paralimpiya Oyunlarında növbəti MEDALIMIZ

 19:57 31.08.2024     338

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

Redaktor.az xəbər verir ki, Azərbaycan paraüzgüçü Raman Saley S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda 1:00.67 nəticə ilə ikinci pillədə qərarlaşaraq gümüş medal qazanıb.

Qeyd edək ki, daha əvvəl parataekvondoçularımız İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) isə bürünc medal qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən