Bu futbolçu millidəki karyerasını başa VURDU

 09:00 03.09.2024     511

ABŞ-nin "İnter Mayami" klubunun uruqvaylı futbolçusu və hücumçusu Luis Suares millidəki karyerasını başa vurduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə futbolçu özü açıqlama verib.

“Cümə günü, sentyabrın 6-da ölkəmin milli komandasında son oyunum baş tutacaq”, - L.Suares bildirib.

Qeyd edək ki, Suaresin 37 yaşı var. O, Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikincidir (Ən çox oyunu Dieqo Qodin keçirib - 161). Suares millinin heyətində 68 qol vurub və 39 məhsuldar ötürmə edib. 2011-ci ildə Uruqvay yığmasının tərkibində Amerika kubokunun qalibi olub.