"Qarabağ"ın Avropa Liqasındakı rəqibi yeni futbolçu transfer ETDİ

 20:18 03.09.2024     244

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən FCSB (Rumıniya) heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Buxarest təmsilçisi müdafiəçi Mihay Popesku ilə anlaşıb.

31 yaşlı rumıniyalı oyunçu son olaraq ölkəsinin "Farul" kollektivində çıxış edib.

Qeyd edək ki, "Qarabağ" - FCSB görüşü 2025-ci il yanvarın 23-də Bakıda keçiriləcək.