Türkiyəli paratletin qızıl medalı geri alındı

 09:40 04.09.2024     252

Fransanın paytaxtı Parisdə keçirilən 17-ci Paralimpiya Oyunlarında T12 kateqoriyasında 100 metr məsafəyə qaçışda birinci olan Türkiyə paratleti Serkan Yıldırımın qızıl medalı geri alınıb.

Redaktor.az xəbər verir ki, Türkiyə avqustun 28-də başlayan oyunlarda indiyədək cəmi üç qızıl, altı gümüş və üç bürünc medal qazanıb.

Ancaq T12 kateqoriyasında kişilər arasında 100 metr məsafəyə yarışda birinci olan Serkan Yılmazın qızıl medalı çərşənbə axşamı geri alınıb.

Qərar Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) etirazı nəticəsində yuxarı instansiya məhkəməsinin qərarı ilə qəbul edilib.

Türkiyə Milli Paralimpiya Komitəsi (TMPK) Dünya Para Atletika Federasiyasının təsnifat statusunu Almaniya məhkəməsində nəzərdən keçirmək qərarına etiraz edərək, Yıldırıma Paris 2024-də yarışmaq hüququ verib.