“Neftçi” böyük hesabla UDUZDU

 20:57 04.09.2024     244

Bu gün ölkəmizi UEFA Çempionlar Liqasında ilk dəfə təmsil edən qadın futbolçulardan ibarət “Neftçi” klubu mübarizəyə başlaylb.

Redaktor.az xəbər verir ki, Siyasət Əsgərovun komandası 1-ci təsnifat mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb.

Gürcüstanın Tsxaltubo şəhərində keçirilən oyun rəqib komandanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Reqlamentə əsasən cütün qalibi finala yüksəlib.

Qrupun digər matçında Albaniyanın “Vlajniya” klubu yerli “Lançxuti”yə 3:0 hesabı ilə qalib gəlib. Nəticədə "Neftçi" 3-cülük uğrunda Gürcüstan çempionu ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqası (qadınlar) - I Təsnifat mərhələsi

4 sentyabr

“Sankt-Pölten” – “Neftçi”

Baş hakim: Yelena Kumer (Xorvatya)

Baş hakimin köməkçiləri: Sanya Rodyak-Karşiç (Xorvatya), Fransesko Di Monte (İtaliya)

Dördüncü hakim: Mariya Marotta (İtaliya)

Tskaltubo Technical Center, Tskaltubo (Gürcüstan). Saat 18:00