İki idmançımız çıxışını başa vurdu - Paris-2024

Azərbaycan parapauerliftinqçisi Ceyhun Mahmudov (54 kq) Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.
Redaktor.az xəbər verir ki, final mərhələsində çıxış edən idmançımız 10 iştirakçı arasında 8-ci yeri tutub.
Bundan başqa Azərbaycan paraatleti Rüfət Rəfiyev (F36 kateqoriyası) nüvəitələmə yarışında çıxış edib. Yeddi iştirakçı arasında altıncı yeri tutan Rəfiyev yarışı mükafatsız başa vurub.
Qeyd edək ki, Paris-2024-də Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.