Paralimpiyaçalırımızın nailiyyətinin sirri açıqlandı: "İdman onların həyatının..."

 17:09 05.09.2024     312

Parisdə 2024-cü il XVII Yay Paralimpiya Oyunları keçirilir. Hazırda Azərbaycan yığmasının hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. Paralimpiya idmançılarımız Olimpiya oyunçularımızdan daha yüksək nailiyyətlər əldə ediblər. Maraqlıdır, oyunların sonunadək Azərbaycan yığmasından gözləntilər necədir?

Bu barədə idman eksperti Elmar Rza Redaktor.az-a açıqlamasında öz fikirlərini bölüşdü.

O bildirdi ki, Azərbaycan paralimpiyaçıları Tokioda olduğu kimi Parisdə də uğurlu çıxış edirlər:

"Lakin bir məqamı qeyd etmək lazımdır ki, ötən Paralimpiya Oyunları ilə müqayisədə nəticələr aşağıdır. Yaponiyada 14 qızıl qazanan Paralimpiya komandamız bu dəfə hələlik 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bunun əsas səbəbi lisenziya sayının azlığında və bəzi idmançılarımızın (əsasən də paracüdoçuların) həkim yoxlanışından keçə bilməməsidir. Ancaq yenə də olimpiyaçılarımızla nisbətdə əldə olunan nailiyyətlər kifayət qədər qənaətbəxşdir".

Ekspert bunun səbəbini bir neçə faktorla əlaqələndirdi:

"Əldə olunan medallara görə verilən dövlət mükafatının astronomik olmamasının da bunda rolunun olduğu fikrindəyəm. Həmçinin paralimpiyaçılar üçün idman təkcə nailiyyət və uğur baxımından önəmli deyil, idman onların həyatının tam mərkəzindədir. Belə desək, həyat qayələridir. Bu halda onların göstərdiyi mübarizə əzmi daim zirvədə olur. Hazırlıqlar və digər məsələlər qaydasında olduğunda uğurlu nəticə qaçılmaz olur. Həmçinin etiraf etmək lazımdır ki, Paralimpiya Oyunlarında Olimpiada ilə müqayisədə rəqabət şəraiti nisbətən aşağıdır. Bunun da kökündə fiziki məhdudiyyətə görə kateqoriyaların çoxluğundadır".

Tiada huraian foto disediakan.Elmar Rza qalibiyyət gözlədiyi idmançılarımızın adlarını qeyd etdi:

"Qarşıdakı günlərdə ikiqat Paralimpiya çempionu, 100 m məsafədə (T 13) dünya rekordunun sahibi Lamiyə Vəliyevadan 400 metr məsafəyə qaçışda, Tokio Paralimpiya Oyunlarının qalibi, üzgüçü Vəli İsrafilov və Paralimpiya əfsanəmiz paraçüdoçu İlham Zəkiyevin də medal qazanaraq azarkeşlərimizi sevindirəcəyini düşünürəm".

Sevinc İBRAHİMZADƏ