Daha bir cüdoçumuz qızıl medal QAZANDI

 16:57 06.09.2024     183

Azərbaycanın daha bir cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, Vüsal Qələndərzadə (73 kq) finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edib.

Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.