İlham Zəkiyev 1/4 finalda UDUZDU

 12:19 07.09.2024     531

Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.

Redaktor.az xəbər verir ki, təcrübəli idmançı 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.