Çempionlar Liqası: Azərbaycan təmsilçisi yarımfinal görüşünə çıxacaq

 09:56 08.09.2024     174

Bu gün Azərbaycanın minifutbol komandası "Birbaşa Bakı" Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında "Andezit" (Ukrayna) ilə üz-üzə gələcək.

Redaktor.az-ın məlumatına görə, turnirin yarımfinal oyunu Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, “Birbaşa Bakı” 1/4 finalda Rumıniya təmsilçisi "Nova Vita"ya 2:1 hesabı ilə qalib gəlib.