İtaliya A seriyasında ən çox maaş futbolçuların siyahısı bəlli OLDU
Cari mövsüm İtaliya A seriyasında ən çox maaş futbolçuların siyahısı bəlli olub.
Redaktor.az "Calcioe Finanza"ya istinadən xəbər verir ki, siyahıya 12 milyon avro qazanan "Yuventus"un hücumçusu Duşan Vlahoviç başçılıq edir.
Onu 9 milyon məvaciblə "İnter"in üzvü Lautaro Martinez təqib edir.
Hərəyə 6,5 milyon avro gəlir əldə edən "İnter"in daha iki üzvü - Hakan Çalhanoğlu və Nikolo Barella isə ilk "üçlüy"ü qapayır.
Qeyd edək ki, futbolçuların aylıq gəlirləri hesablanarkən vergilər nəzərə alınıb.