Azərbaycan cüdoçuları Avropa çempionatında qarışıq komanda yarışının qalibi OLDULAR

 17:59 08.09.2024     244

Azərbaycanın gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatının qarışıq komanda yarışının qalibi olublar.

Redaktor.az xəbər verir ki, mübarizəyə 1/8 finaldan başlayan tatami ustalarımız həlledici mərhələyə qədər manesiz irəliləyiblər.

Finalda Fransa idmançılarını 4:3 hesabı ilə üstələyən komandamız tarixində ilk dəfə Avropa çempionatının qarışıq komanda yarışını qızıl medalla başa vurub.

Qeyd edək ki, cüdoçularımız 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında da birinci yeri tutub.