Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub oldu - YENİLƏNİB

 21:59 08.09.2024     527

Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.

Redaktor.az-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.

Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

***

21:05

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb.

Redaktor.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.

22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.

***

20:48

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ilk hissə başa çatıb.

Redaktor.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.

22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.

***

20:33

UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçına növbəti qol vurulub.

Redaktor.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci dəfə hesabı dəyişib.

26-cı dəqiqədə David Strelec komandasının üstünlüyünü möhkəmləndirib.

***

20:25

UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçına hesab açılıb.

Redaktor.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.

22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.

***

20:00

UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçına start verilib.

Redaktor.az-ın məlumatına görə, C Liqasının I qrupunun görüşü “Koşitse Futbol Arenası”nda keçirilir.

Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.