Şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi KEÇİRİLDİ

 21:02 09.09.2024     231

18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi baş tutub.

Redaktor.az xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan tədbirdə üç qrupda yer alacaq 12 komandanın oyun təqvimi bəlli olub.

Belə ki, A qrupunda "Turan", "Report" İnformasiya Agentliyi, "Veteranlar", B qrupunda "Baku Tv", "Qoşabulaq", "Baku.ws", C qrupunda "AZƏRTAC", "Ardanış", "Zəfər 44", D qrupunda isə "Göyçə", "Nərimanlı" və AzTV kollektivləri güclünü müəyyən etməyə çalışacaq.

Reqlamentə əsasən qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaq.

Turnirin açılış matçı sentyabrın 14-ü, saat 19:00-da "Report" İnformasiya agentliyi və "Veteranlar" komandası arasında keçiriləcək.

Görüşlər Bakı Tennis Akademiyasının futbol meydançasında reallaşacaq.

Qeyd edək ki, turnir AFFA tərəfindən təsdiqlənmiş Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Həvəskar Komandalardan ibarət Ənənəvi Minifutbol Turnirinin Əsasnaməsinə uyğun olaraq, "Rakus.az" saytının təşkilatçılığı, milli assosiasiya və Bakı Tennis Akademiyasının dəstəyi ilə sentyabrın 14-dən oktyabrın 18-dək keçiriləcək. Ənənəvi futbol turnirinə informasiya dəstəyini “AZƏRTAC”, AzTV, “Report” İnformasiya Agentliyi, "Baku TV", “Rakus.az” və “Manşet.az” saytları verəcək.

2222