Karateçimiz Avropa çempionu OLDU
Azərbaycanlı karateçi Rumıniyada keçirilən Avropa çempionatının qalibi olub.
Redaktor.az xəbər verir ki, qitə miqyaslı turnirdə Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən ənənəvi karate, “KVU-VFKF birliyi”nin üzvləri iştirak ediblər.
Beynəlxalq Kyokuşin-Kan karate təşkilatı tərəfindən keçirilən və Klyuj Napoka şəhərindəki Sala Polivalenta arenasında baş tutan yarışda təmsilçimiz Aygün Əsədli 61 kq çəki dərəcəsində bütün bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.