“Araz-Naxçıvan” “Kəpəz”ə qalib GƏLDİ

 21:42 13.09.2024     175

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib. 

Redaktor.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Araz-Naxçıvan” öz meydanında “Kəpəz”lə qarşılaşıb və minimal hesablı qələbə qazanıb - 1:0. Naxçıvan təmsilçisinə qələbə qazandıran qola 76-cı dəqiqədə Bernardo Diaş imza atıb.

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.