"Formula 1"də üçüncü sərbəst yürüş başladı
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başlayıb.
Redaktor.az xəbər verir ki, mübarizəyə saat 12:30-da start verilib.
Ötən gün ilk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" sürücüsü Şarl Lekler ən yaxşı nəticəni göstəriblər.
Bu gün "Formula 2"də sprint yarışı və birinci dərəcələri pilotların sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Bakıdakı yarış sentyabrın 15-də başa çatacaq.