Emin Mahmudov və Ramil Şeydayev “Neftçi”də bir araya gəldilər

 15:09 14.09.2024     194

"Neftçi" Premyer Liqanın 6-cı turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdirir.

Redaktor.az xəbər verir ki, bugünkü məşq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Günün ilk yarısında baş tutan məşqdə əsas və U-21 milli komandalarımızın düşərgəsindən qayıdan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm Samiqullin də iştirak ediblər. Hazırlığa sabah yekun vurulacaq. (sportinfo.az)