5 pilot mübarizəni dayandırdı - "Formula 1"
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda "Ferrari" pilotu Şarl Lekler hazırda liderdir.
Redaktor.az-ın məlumatına görə, birinci sessiyadan sonra beş sürücü mübarizəni dayandırmalı olub.
Bunlar 16-cı sıradakı Daniel Rikkardo (RB), 17-ci Lando Norris ( "McLaren"), 18-ci pillədəki Valtteri Bottas, 19-cu Çjou Quanyu (hər ikisi "Kick Sauber") və sonuncu yerdəki Esteban Okondur ("Alpin").
Həmin pilotlar növbəti sessiyaya qatılmayacaqlar.