“Qarabağ”dan “Səbail” üzərində QƏLƏBƏ

 21:19 14.09.2024     156

Bu gün Azərbaycan Premyer Liqasında VI tur çərçivəsində növbəti oyun baş tutub.

Redaktor.az xəbər verir ki, son çempion “Qarabağ” “Səbail”i qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

“Köhlən atlar”ın heyətində 5-ci və 55-ci dəqiqələrdə fərqlənən Leandro Andrade dubla imza atıb. Paytaxt təmsilçisində yeganə qolun müəllifi isə Fərid Nəbiyev olub.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.