Millimiz Olimpiadada dördüncü qələbəsini QAZANDI

 22:32 14.09.2024     229

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb.

Redaktor.az xəbər verir ki, IV turda Monteneqro ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib.

Aydın Süleymanlı - Denis Kadriç - 1:0

Nicat Abasov - Nikita Petrov - 0,5:0,5

Rauf Məmmədov - Nikola Cukiç - 0,5:0,5

Şəhriyar Məmmədyarov - Luka Draskoviç - 1:0

Bu qalibiyyət sayəsində yığmamızın aktivindəki xalların sayı 8-ə çatıb.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Argentina ilə heç-heçə edib (2:2).