Qadınlardan ibarət millimizi növbəti qələbəsini QAZANDI

 22:42 14.09.2024     188

Azərbaycanın qadınlardan ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

Redaktor.az xəbər verir ki, Sloveniya ilə qarşılaşan təmsilçilərimiz üçüncü dəfə üstünlük əldə ediblər.

Günay Məmmədzadə - Laura Umuk 1:0

Ülviyyə Fətəliyeva - Zala Urx 0,5:0,5

Gövhər Beydullayeva - Lara Yanzel 1:0

Gülnar Məmmədova - Teya Vidiç 0,5:0,5

Qeyd edək ki, qadınlardan ibarət yığmamız buna qədər Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Argentina ilə isə heç-heçə edib. (2:2)