"Formula 1": "McLaren" pilotu Azərbaycan Qran-prisinin qalibi oldu - YENİLƏNİB

 16:38 15.09.2024     489

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

Redaktor.az xəbər verir ki,  "McLaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.

"Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.

Yarışın sonunda "Ferrari"dən Karlos Sayns və "Red Bull"dan Serxio Peres qəza törədiblər. Hər iki sürücünün idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.

16:15

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyini davam etdirir.

Redaktor.az xəbər verir ki, 23 yaşlı sürücü 40 dövrədən sonra birinci yerdədir.

"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

15:58

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyini davam etdirir.

Redaktor.az xəbər verir ki, 23 yaşlı sürücü 30 dövrədən sonra birinci yerdədir.

"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

15:43

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "McLaren" pilotu Oskar Piastri liderliyi ələ keçirib.

Redaktor.az xəbər verir ki, 23 yaşlı sürücü 20-ci dövrədə buna nail olub.

"Ferrari"dən Şarl Lekler ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

15:20

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında "Ferrari" pilotu Şarl Lekler hazırda liderdir.

Redaktor.az xəbər verir ki, 26 yaşlı sürücü 10 dövrədən sonra birinci pillədə qərarlaşıb.

"McLaren"dən Oskar Piastri ikinci, "Red Bull"dan Serxio Peres üçüncüdür.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

***

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Redaktor.az xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.

Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.

20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.

Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.