“Neftçi” “Zirə”yə UDUZDU

 21:00 15.09.2024     167

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun son oyunları keçirilir.

Redaktor.az xəbər verir ki, sonuncu oyun günündə əvvəlcə “Zirə” “Neftçi”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

6-cı tur

15 sentyabr

“Zirə” – “Neftçi” 2:0

Qollar: Salifu Suma, 1. Rafael Utziq, 60.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Kəpəz”i (1:0), “Şamaxı” “Sumqayıt”ı (1:0), “Qarabağ” isə “Səbail”i (2:1) məğlub yola salıb.