Misli Premyer Liqasında VI tura yekun VURULDU

 22:49 15.09.2024     202

Misli Premyer Liqasında VI tura “Sabah” - “Turan Tovuz” matçı ilə yekun vurulub.

Redaktor.az xəbər verir ki, Bank Respublika Arenada keçirilən görüş 2:2 hesabı ilə bitib.

“Sabah” klubunun heyətində Cesse Sekidika dubla (7, 46) imza atıb. “Turan Tovuz”dan isə Roderik Miller (35) və Ayxan Hüseynov (75) fərqlənib.

Qeyd edək ki, turun digər görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i, "Şamaxı" "Sumqayıt"ı minimal hesabla (1:0) üstələyib. “Qarabağ” “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb. “Zirə” isə “Neftçi”dən üstün olub - 2:0.