“Neftçi”- “Qarabağ” matçının yeri DƏYİŞDİ

 22:07 16.09.2024     129

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.

Redaktor.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə “ağ-qaralar” “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Nefçi” - “Qarabağ” oyunu ilə XV turun “Qarabağ” - “Neftçi” oyununun yerini dəyişib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da “Azərsun Arena”da reallaşacaq.