Elxan Məmmədov FIFA-da yeni vəzifəyə təyin OLUNDU

 11:40 19.09.2024     97

FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.

Redaktor.az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, O, FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsinə təyin edilib.

AFFA-nın sabiq icraçı vitse-prezidentinin müavini isə Jelson Fernandeş olub.

Qeyd edək ki, E.Məmmədov noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq.