“Qarabağ”ın ilk ev oyununda qonaq azarkeşlər üçün biletlərin qiyməti bəlli oldu

 14:57 20.09.2024     69

Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda keçiriləcək “Qarabağ” – “Malmö” matçını izləmək istəyən qonaq komandanın azarkeşləri üçün biletlərin qiyməti məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Səfər fanatları üçün biletin qiyməti 140 İsveç kronudur (təxminən 24 manat).

Qarşılaşmanı izləmək üçün qonaq tərəfdarlar ayrılmış vauçerləri “Malmö”nün rəsmi saytından əldə edə bilərlər. Onlar daha sonra bunları biletlərlə diyişdirməlidirlər. Mübadilənin necə və vaxt olacağı bilet alıcılarının elektron poçt ünvanlarına göndəriləcək.

Oktyabrın 3-də təşkil olunacaq “Qarabağ” – “Malmö” görüşü saat 20:45-də start götürəcək. Azərbaycan çempionu 1-ci turda, sentyabrın 26-da İngiltərədə “Tottenhem”lə üz-üzə gələcək.