Tovuzda insident: Klub rəhbəri aradan ÇIXDI

 17:51 20.09.2024     215

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən "Kəpəz" - "Şamaxı" matçında insident yaşanıb.

Redaktor.az xəbər verir ki, qonaqların matçın 19 dəqiqəsi ərzində 2 top vuraraq hesabda önə keçməsi gəncəli azarkeşləri qəzəbləndiib. Fanatlar üzlərini fəxri tribunaya tutaraq "istefa" şüarları səsləndiriblər.

Onlar Gəncə klubunun idarə heyətinin sədri İlqar Nadiridən postunu tərk etməsini tələb ediblər. Təzyiqlərə tab gətirməyən klub rəhbəri tribunanı tərk edib.

Azarkeşlər daha sonra futbolçulara üzlərini tutaraq, "formanı çıxarın, rədd olun gedin", - deyə səsləniblər.

Qeyd edək ki, çempionatda keçirdiyi 6 oyunun hamısında məğlub və sonuncu sırada qərarlaşıb.