Azərbaycanın futzal millisi ikinci oyunda da məğlub OLDU

Çexiyada təlim-məşq toplanışı keçirən Azərbaycanın futzal millisi yoxlama görüşündə növbəti dəfə məğlub olub.
Redaktor.az xəbər verir ki, yığma ikinci matçında da Çexiyaya uduzub.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 6:2.
Çexiya seçməsi ötən gün ilk görüşdə üç cavabsız qolla qalib gəlib.