"Neftçi"nin nəticələri məni də məyus edir - Qurbanov

 23:37 20.09.2024     204

İlk olaraq xalqımızı bayram münasibətilə təbrik edirəm. Oyuna gəlincə, yaxşı komandaya qarşı mübarizə apardıq. İlk hissənin sonlarına yaxın rəqib hücumlar edirdi.

Redaktor.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VII turunda doğma meydanda "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, yerli çempionatdan fərqli olaraq, avrokuboklarda daha yüksək templə oynayacaqlarını söyləyib:

"Hər bir elementə hazır olmalıyıq. "Neftçi" ilə oyunda bəzi zonaları "Tottenhem"lə oyunöncəsi yoxladım".

Q. Qurbanov "Neftçi"nin nəticələrinə məyus olduğunu bildirib: "Heç bir komanda başına gələnlərdən sığortalanmayıb. "Qarabağ" da uğursuzluq yaşaya bilər. "Neftçi" böyük komandadır. Mən özüm də bu klubun şərəfini qorumuşam. İnanıram ki, hər şey yaxşı olacaq".

53 yaşlı çalışırdırıcı sabiq futbolçusu Qara Qarayev haqqında da fikirlərini bölüşüb:

"Onun hazırda "Qarabağ"a qayıdacağı gündəmdə deyil. Qara güclü xarakterə malik olan biridir. Onun işləri yolunda getməyəndə özünü hər zaman günahlandırır".

Mütəxəssis Ağdam şəhərində təməli qoyulan "İmarət" stadionunun tikintisi barədə də danışıb: "Çox xoş hal idi. Bu cür başlamaq möhtəşəmdir.