Azərbaycanın fiqurlu konkisürəni Türkiyədə Qran-pridə iştirak ETDİ

 11:33 21.09.2024     275

Azərbaycanın fiqurlu konkisüəni Səbinə Əliyeva Türkiyənin Ankara şəhərində keçirilən yeniyetmələr arasında Qran-pridə iştirak edib.

Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasından Redaktor.az-a verilən məlumata görə, idmançı qısa və sərbəst proqramlar üzrə çıxış edərək 129.84 xal toplayıb.

Bu nəticəyə əsasən S.Əliyeva 35 idmançı arasında 18-ci olub.

Qeyd edək ki, sentyabrın 18-də startı verilən Qran-pri bu gün başa çatıb.