Fransızları şok edən Lamiyə efirdə ağladı - VİDEO

 12:35 21.09.2024     86

Fransada bu il keçirilən XVII Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyeva "MediaTürk TV"nin qonağı olub.

Redaktor.az xəbər verir ki, o, fəaliyyətindən, Paris olimpiadasından, məşqlərdən və sair mövzulardan danışıb.

Qeyd edək ki, Lamiyə Vəliyeva 2002-ci il aprelin 5-də anadan olub. 2015-ci ildən idmanla məşğul olur. 

T13 kateqoriyasında (görmə pozğunluğu) çıxış edən Azərbaycan paraatleti 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medallara, XVII Yay Paralimpiya Oyunlarında isə ikinci dəfə qızıl medala sahib olub.

Müsahibəni təqdim edirik: