Mahir Emreli "Nürnberq"də debüt ETDİ

 16:05 21.09.2024     80

Azərbaycan yığmasının üzvü Mahir Emreli Almaniyanın II Bundesliqa təmsilçisi "Nürnberq"də debüt edib.

Redaktor.az xəbər verir ki, yığma üzvü hazırda davam edən "Herta" ilə matçın 39-cu dəqiqəsində meydana daxil olub.

O, zədələnən Benyamin Qolleri əvəzləyib.

Qeyd edək ki, hazırda Berlin təmsilçisi hesabda 1:0 öndədir.