Azərbaycan güləşçiləri Qazaxıstanda 3 medal QAZANDI

 21:34 21.09.2024     230

Azərbaycanın güləşçiləri Qazaxıstanın Atırau şəhərində təşkil olunan sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində üç medal qazanıb.

Redaktor.az xəbər verir ki, Güləş Federasiyasından verilən məlumata görə, Kənan Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əşrəf Aşırov (79 kq) gümüş, Musa Ağayev (65 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 güləşçi təmsil edib.