Gimnastlarımız Portuqaliyada 3-cü qızıl medalı əldə ETDİ

 22:54 21.09.2024     81

Azərbaycan gimnastları Raziyə Seyidli və Ağasif Rəhimov da Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə qarışıq cütlük balans hərəkətlərində bütün rəqiblərini üstələyib.

Bu Portuqaliyadakı turnirdə çıxış edən Azərbaycan gimnastlarının ümumilikdə 3-cü qızıl medalı olub. Buna qədər kişi cütlük Murad Rəfiyev və Daniel Abbasov həm balans, həm də qarışıq hərəkətlərdə dünya çempionu olmuşdular.

Qeyd edək ki sentyabrın 19-da startı verilən yarış sabah başa çatacaq.