Türkiyə Superliqası: İstanbul derbisində "Qalatasaray" qələbə QAZANDI

 23:46 21.09.2024     317

Türkiyə Superliqasının VI-cı turunda "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, "Ülker" Stadionunda baş tutan İstanbul derbisində "Qalatasaray" 3:1 hesablı qələbə qazanıb.

"Fənərbağça"nın futbolçusu Dominik Livakoviç 20-ci dəqiqədə avtoqolla yadda qalıb. "Qalatasaray"ın heyətində Drays Mertens (28) və Lukas Torreyra (59) fərqlənməyi bacarıb. "Fənərbağça"nın heyətində rəqib qapısına yol tapan yeganə futbolçu Edin Ceko olub. O, 63-cü dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, bu nəticədən sonra "Qalatasaray" 18 xalla turnir cədvəlində lider mövqeyini qoruyub saxlayıb. 13 xala malik "Fənərbağça" isə ikinci yerdədir.

Vumart və Güvən reklamı Vumart Güvən